Zaqatalanın taxıl sahələrində orta məhsuldarlıq 30,7 sentnerdir
Zaqatala rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası sona yaxınlaşır. Bu günədək 3 min 508 hektar arpa və 7 min 626 hektar buğda sahəsinin məhsulu biçilib, 34 min 164 ton məhsul tədarük olunub. Hər hektarda orta məhsuldarlıq 30,7 sentner təşkil edir.
Arpa sahələrində biçin artıq başa çatıb və zəmilərdən 10 min 524 ton məhsul tədarük olunub. Hər hektardan orta hesabla 30 sentner məhsul götürülüb. Biçin aparılan buğda sahələrindən isə 23 min 640 ton məhsul əldə olunub. Buğda zəmilərində orta məhsuldarlıq 31 sentner olub.
Rayon üzrə ən yüksək məhsuldarlıq “Muxax” İstehsal Kooperativinin buğda sahələrində qeydə alınıb. Belə ki, bu təsərrüfatda buğda zəmilərində orta məhsuldarlıq 50 sentnerdən yuxarı olub.
Hələlik rayonda 186 hektar biçilməmiş taxıl sahəsi qalıb. Torpaq mülkiyyətçiləri sahələrdə qalan məhsulun qısa müddətdə biçilib anbarlara yığılması üçün səylə çalışırlar.