Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Zaqatalada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir.

18 avqust 2013 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakənə səfərini başa çatdıraraq Zaqatalaya gəlmişdir.
Dövlətimizin başçısı Zaqataladakı Heydər Əliyev Parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə məlumat verdi ki, Heydər Əliyev Parkı son illərdə sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir. Burada yerli əhali və eləcə də qonaqların istirahətinin təşkili üçün hər cür şərait vardır.

Keçidlər