Zaqatalanın gənc könüllüləri pandemiyaya qarşı mübarizə tədbirlərinə dəstək olurlar
Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qrupların sakinlər arasında apardığı ictimai maarifləndirmə tədbirlərinə rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri də həvəslə qoşulublar.
Zaqatala şəhərində keçirilən növbəti aksiya zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, məcburililiyi bir daha ətraflı izah olunub, onlara tibbi maskalar paylanılıb. Sakinlərin diqqətinə çatdırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə düzgün riayət etmək hər kəsin vətəndaşlıq borcudur və bu qaydalara əməl etməyən şəxslər, qurumlar barəsində ciddi intizam tədbirləri həyata keçirilir.