Beynəlxalq Miqrasiya Təşkilatı region gənclərinin mikrobiznes təşəbbüslərini dəstəkləməkdə davam edir
26 iyun 2020 | 16:00
Beynəlxalqa Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində müxtəlif bölgələrdən olan gənclərin seçilmiş mikrobiznes təşəbbüslərini dəstəkləməkdə davam edir.
Bununla əlaqədar Zaqatala-Balakən bölgəsindən 5 layihə benefisiarı olan şəxsə “Boz Qafqaz” kimi tanınan 20 arı ailəsindən, eləcə də arıçılıq və bal istehsalı üçün lazım olan digər ləvazimat və avadanlıqdan ibarət arıçılıq fəaliyyətinə dəstək paketi təqdim olunub.
Zaqatala-Balakən bölgəsi əlverişli təbii şərait, flora müxtəlifliyi və yerli arı cinsinə görə bal istehsalı ilə məşhurdur.