Şriftin ölçüsü :

Saytın rəngi :

Dünyanı cənginə alan koronavirus pandemiyası işğalçı Ermənistanda çox ciddi fəsadlar yaradıb

19 iyun 2020 | 16:00

Dünyanı cənginə alan  koronavirus pandemiyası işğalçı  Ermənistanda  çox ciddi fəsadlar yaratmış,  hökümət vurusun yayılmasının qarşısını almaqda,  eləcə də yoluxmuş insanları sağaltmaqda aciz duruma düşmüşdür. Baş nazir Nikol Paşinyan sərsəm bəyanatlar verərək daxili publikanı sakitləşdirməyə çalışsa da  ölkənin iqtisadiyyatında ciddi problemlər yaşandığı və Ermənistanın   çıxılmaz  duruma düşdüyü açıq-aşkar hiss olunur. Ermənistanda sürətlə pisləşən vəziyyət mövcud hakimiyyətdən narazılığı daha da artırsa da seçildiyi zaman hər kəsə bütün problemləri çox tez həll edəcəyinə əmin edərək  hakimiyyətə gətirilən  Paşinyan üçün bunlar hansısa önəm kəsb etmir. Bu gün ölkədəki sosial vəziyyət hakimiyyət dəyişikliyindən əvvəlki vəziyyətdən daha gərgindir.
Xarici havadarlarının hərbi-siyasi dəstəyi ilə Azərbaycan torpaqlarını  işğal altına  alan və bu  işğalı davam etdirmək niyyətində olan Ermənistan hökumətinin mövcud vəziyyəti bir tərəfdən ölkənin baş naziri Nikol Paşinyana qarşı narazılıq yaradır, digər tərəfdən müxalifət cəbhəsində ciddi ittihamları genişləndirir və  Paşinyana qarşı çıxanların sayı  durmadan artır. Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvə olan müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri, milyarder Qaqik Çarukyanın və   parlamentdəki üçüncü ən böyük siyasi qüvvə olan “İşıqlı Ermənistan” partiyasının     Nikol Paşinyan və onun hökumətinin istefasını tələb etməsi, hökumətin ölkədə islahatlar aparmağa qadir olmadığını hesab etməsi,   erməni mətbuatının N.Paşinyanın aqoniya vəziyyətində olduğunu iddia etməsi göstərir ki, Ermənistan Paşinyan dönəmində daha sürətlə məhvə doğru gedir.
Məlum olduğu kimi, 16 iyun 2020-ci il tarixində “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Çarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Çarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilmişdir.   Çarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalmasını, Təhlükəsizlik Xidməti əməkdaşlarının Çarukyanın evində və  Çiçəklənən Ermənistan Partiyasının bütün ofislərində səbəb göstərilmədən yoxlamalar aparmasını,  Çarukyanın ittiham irəli sürülmədən saxlanılmasını və sorğuya çəkilməsini ölkədə siyasi repressiya sayan insanlar, o cümlədən Çiçəklənən Ermənistan Partiyasının deputatları  aksiyaya çıxmış,  aksiya zamanı polis müdaxiləsi ilə aralarında deputatlar da olmaqla, çoxsaylı insan xəsarət almışdır.  Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınmış  və bütün  bunlar bir daha baş verənlərin siyasi təqib olduğunu sübut etmişdir.
Lakin Q.Çarukyanla bağlı son hadisələr fonunda   dünyada, xüsusən də bir sıra beynəlxalq təşkilatlarda hələ də ikili standartların hökm sürməsi  özünü getdikcə daha qabarıq formada büruzə verir. Bu gün Ermənistanda əsl diktaturasayağı hakimiyyət davranışları olduğu halda dünya buna susur. Halbuki, ermənilərin özləri Nikol Paşinyan iqtidarını ölkədə diktatura metodlarını tətbiq etməkdə ittiham edərək beynəlxalq qurumları yardıma çağırır. Amma Ermənistanda iş aparan təşkilatların çoxu, məsələn, Avropa Şurası baş verənləri görməzdən gəlir.
Azərbaycan dövləti daim dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edir ki, demokratik prinsiplərə yanaşmada vahid mexanizm olmalı və bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir. Demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurasının, beynəlxalq hüquq təşkilatlarının, ABŞ Dövlət Departamentinin illik hesabatlarına diqqət yetirdikdə maraqların zamana və məkana, dövlətlərə görə dəyişdiyinin şahidi oluruq. Azərbaycanda ən kiçik olayı lupa ilə izləyən bu qurumlar “nədənsə” işğalçı Ermənistanda demokratik dəyərlərin kobud şəkildə pozulmasına göz yumur.
Bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə  də beynəlxalq təşkilatlar  buna  reaksiya verməmiş, sürəkli olaraq Azərbaycana qarşı ən absurd, marazmatik ittişamlar irəli sürən, ölkəmizdəki ən xırda olaya ifrat operativliklə neqativ münasibət bildirən beynəlxalq təşkilatlar  bu hadisəyə  də  göz yummuşlar.
Populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları zərərsizləşdirməsi heç kimə sirr deyildir. Hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Fondu tərəfindən dəstəkləndiyi  də hər kəsə məlumdur.
Bir məqamı da qeyd edək ki, Ermənistanın hazırkı hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. Məlumdur ki, icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı göstərirlər. Bu halda, pul axınının böyük hissəsinə nəzarət etmək istəyən Paşinyana kilsənin “yağlı tikə”ni güzəştə getməməsi də təbiidir.
Dünyanın Ermənistanda cərəyan edən proseslərə ikili yanaşması davamlılığı ilə diqqət çəkir.  2017-ci ildə Ermənistanda keçirilmiş  parlament seçkilərini  müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri yeni seçkilərə toxunaraq bildirmişdir ki, 25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmişdir.
Bəli, Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanın beynəlxalq hüquq normalarına zidd hərəkətlərinə və işğal siyasətini davam etdirməsinə, işğal etdikləri Azərbaycan ərazilərində qeyri-qanuni seçkilər keçirməsinə göz yumur, insan hüquq və azadlıqlarının pozulmasına şərait yaradırlar.

 

Azərbaycan QMƏVŞA İctimai Birliyinin
Zaqatala rayon filialının sərdi:                                  Telman   Ramazanov

Keçidlər