Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı kümçülər 30 tondan çox yaş barama istehsal ediblər

11 iyun 2020 | 16:00

Zaqatala rayonunda istehsalçılardan yaş barama tədarükü davam edir. Kümçülər indiyədək rayondakı qəbul məntəqəsinə 30,5 ton yaş barama təhvil veriblər.

Bu il Zaqatala rayonunda barama yetişdirmək üçün 420 kümçü ilə müqavilə bağlanılıb, onlara 1450 qutu ipəkqurdu paylanılıb. Əvvəlki illərdə olduğu kimi, bu il də kümçülərə paylanılan ipəkqurdları rayonun özündə inkubasiya olunub.

Yengiyan kəndindən Altay Qasımov hələlik məntəqəyə rayon üzrə hamıdan çox – 474 kiloqram yaş barama təhvil verib. Zəyəm kəndindən Zeynəb Məmmədova bu günədək məntəqəyə 440 kiloqram, Qandax kəndindən Elvin Məmmədov 380 kiloqram, Kəpənəkçi kəndindən Bayram Həsənov 230 kiloqram yaş barama gətirib.

Barama tədarükü prosesi “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir.

Keçidlər