Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə formalaşdırılan müasir səhiyyə sisteminin pandemiya ilə mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir.

11 iyun 2020 | 16:00

Son bir neçə aydır ki,  Yer  kürəsinin hər  yerində  tüğyan  edən  və dünyanı  bürüyən  “COVİD-19” pandemiyası insanlığın üzləşdiyi ən çətin və ən ağır sınağa çevrilmişdir.  Artıq milyonlarla insan bu xəstəliyə yoluxmuş, yüz minlərlə adam isə həyatlarını itirmişdir. Pandemiya dünya əhalisinin illərlə formalaşmış həyat tərzini sarsıtmış,  öz yüksək inkişafı, xalqlarının rifah səviyyəsi, elm və səhiyyə sistemləri ilə öyünən bir çox dövlətlər acınacaqlı duruma düşmüşdür.
Bu baxımdan Azərbaycan dövlətinin və ölkə rəhbərinin  tüğyan edən koronavirus xəstəliyi ilə bağlı atdığı addımlar, o cümlədən xəstəliyə qarşı mübarizə tədbirləri ilə əlaqədar Dəstək Fondunun  və Operativ Qərargahın yaradılması, mövcud tibbi müəssisələrin qısa müddətdə beynəlxalq standartlara uyğunlaşdırılması, sosial paketin həyata keçirilməsi üçün milyardlarla manat maliyyə vəsaitinin ayrılması, əhalinin sağlamlığının qorunması məqsədi ilə  karantin rejiminin tətbiqi, xüsusən də müntəzəm olaraq bu istiqamətdə əhaliyə yönəlik müraciət və çağırışların edilməsi insanlarımız tərəfindən çox böyük diqqət, rəğbət, əsl humanizmin bir nümunəsi olaraq qarşılanmış və çətin çağlarda sosial həmrəyliyin cəmiyyət  üçün  böyük əhəmiyyət daşıdığını bir daha təsdiq etmişdir.
Prezident İlham Əliyevin yüksək elmi dünyagörüşünə, sağlam fikrə, ciddi nəzəri və praktiki analizə, dünya üzrə toplanmış təcrübəyə əsaslanan uzaqgörən qərarları, xalqımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində ölçülüb-biçilmiş qabaqlayıcı tədbirləri sayəsində infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa və pandemiyanın geniş vüsət  almasının  qarşısını  almağa  imkan  vermişdir. 
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında “Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub” –deyən ölkə başçısı bir daha həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının  dayandığını ortaya qoymuş  və  dəfələrlə vurğulamışdır ki, pandemiya dövründə bizdən ötrü ən önəmli məsələ məhz vətəndaşlarımızın sağlamlığı və onların sosial müdafiəsidir.  Göründüyü kimi, pandemiya şəraitində dövlət başçısını düşündürən ən vacib prinsip insanların sağlam¬lığıdır. Çünki, insanların sağlam olması cəmiyyətin qorunması, bütövlüyü və dövlətin suverenliyi deməkdir.
Əlamətdar haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin koronavirusla mübarizə istiqamətində apardığı genişmiqyaslı və məqsədyönlü tədbirlər ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırmış, postpandemiya dövrünün strategiyasını meydana qoymuşdur. Ümumdünya Səhiyyə Təşkilatının bəyan etdiyi kimi, pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın nümunəvi təcrübəsi artıq bir çox ölkələr tərəfindən fəaliyyət proqramı kimi geniş şəkildə istifadə olunmaqdadır. Lakin tarixdə bu cür pandemiyalar zamanı yaşanmışlar haqqında təcrübələr, virusologiya elmindən alınan bilgilər, virusun yayılmasının son həftələr və günlərdə müxtəlif ölkələrdə baş verən ikinci dalğaları göstərir ki, əldə olunan uğurlara əsla arxayınlaşmaq olmaz.
“Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir.” – deyən Prezident İlham Əliyev ən mürəkkəb şəraitlərə uyğun gələn fəaliyyət mexanizmini işə salmağı diqqətə çatdırmış, koronavirus pandemiyası ilə bağlı dövlətin atdığı bütün addımları dəstəkləyən Azərbaycan vətəndaşlarını   bir daha böyük məsuliyyətə və nizam-intizama çağırmışdır.
        Ölkəmizdə formalaşdırılan müasir səhiyyə sisteminin pandemiya ilə mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir.  Qısa müddət ərzində ölkəmizdə 20-dən çox lobaratoriya fəaliyyətə başlamış, “Yeni klinika” tibb müəssisəsi və 4 modul tipli xəstəxana açılmış, yaxın zamanlarda 6 xəstəxana da istifadəyə veriləcəkdir.   Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə aldığı, onlar xəstəxanalara qəbul edilmədiyi halda,  Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir. 
        Ölkə başçısının liberal yö¬nümlü demokratik siyasəti Azərbaycanı istehsal və xidmət sahəsinə investisiya qoyuluşu üçün əlçatan etmiş, pandemiya dövründə ölkəmizdə tibbi istehsal sənayesinin yenidən qurulması və inkişaf etdirilməsi zərurəti meydana çıxmışdır. Hazırda  Azərbaycanda iki tibbi maska müəssisəsi fəaliyyətdədir. Eyni zamanda  ölkəmizdə dezinfeksiya vasitələri, həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Azərbaycanda tibbi sənayenin koronavirus dövründə inkişaf etdirilməsi, əlbəttə, müsbət bir göstəricidir. Son iki ayda bu istiqamətdə görülən işləri şərh edən mütəxəssislər hesab edirlər ki, Azərbaycan bu sahədə də öz sözünü deməyi bacaran bir ölkə kimi özünü təsdiqləyib. Azərbaycan koronavirus pandemiyasına qarşı sadəcə regionda öndə gələn dövlət deyil, eyni zamanda inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlıdır.
        Bu çətin günlərdə vətəndaşlarımızın sağlamlığı üçün çalışan,  dünyanı ağuşuna alan COVİD-19 virusu ilə mübarizədə şücaət göstərərək xalqa yardım edən, həyatlarını riskə ataraq fədakarlıqla öz vəzifə borclarını yerinə yetirən  tibbi personal da  dövlətin qayğısını hiss edir, Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir.
         Pandemiya dövründə xaricdə qalan Azərbaycan vətəndaşları da hər zaman dövlətin diqqətində saxlanılmış, xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimizin, konsulluq və nümayəndəliklərimizin xətti ilə vətəndaşlarımızın  vətənə qayıtması üçün tədbirlər görülmüşdür. Azərbaycana gəlmək istəyən vətəndaşlarımız üçün  xüsusi portal yaradılmışdır. Vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlətin təşkil etdiyi xüsusi çarter reysləri ilə dünyanın bir çox ölkəsindən dövlət hesabına ölkəmizə gətirilirlər.
Azərbaycan pandemiya  ilə ölkə daxilində mübarizə aparmaqla yanaşı bu istiqamətdə beynəlxalq səylərə də dəstək vermişdir. Azərbaycan bu günə qədər 14 ölkəyə,  Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə isə 15 ölkəyə humanitar yardım göstərir.  Bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədilə Azərbaycanın rəhbərliyi ilə videokonfrans formatında bir neçə görüş keçirilmiş, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirərək Azərbaycanı nümunəvi ölkə adlandırmış, Prezident İlham Əliyevə koronavirus pandemiyası ilə mübarizə sahəsində tək milli deyil, qlobal miqyasda fəaliyyətinə görə təşəkkürlərini çatdırmışdır. 
Göründüyü kimi, yeni dövrün –pan¬demiya şəraitinin ölkə üçün qayğıları elə də az deyildir. Xüsusən, indiki dünyada siyasi sistemlərin izolyasiyası şəraitində görülən bu böyük işlər ölkə başçısının xarizması və uzaqgörən strategiyası sayəsindədir. Bu baxımdan, fəaliyyət sahəsindən asılı olmayaraq müasir şəraitdə hər bir Azərbaycan vətəndaşı ölkə başçısının ətrafında sıx birləşmək ideyasını inamla fərdı şüuru¬nun ideoloji səviyyəsinə daxil etməlidir.

  Zaqatala rayon Müalicə Diaqnostika
  Mərkəzi Publik hüquqi şəxsin direktoru:                       Nəriman  Əfəndiyev

Keçidlər