Zaqatalalı kümçülər indiyədək qəbul məntəqəsinə 8 tondan çox yaş barama təhvil veriblər
04 iyun 2020 | 16:00
Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 5 ton artırılaraq, 58 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirmək üçün 420 kümçü ilə müqavilə bağlanılıb, onlara 1450 qutu ipəkqurdu paylanılıb. Əvvəlki illərdə olduğu kimi, bu il də kümçülərə paylanılan ipəkqurduları rayonun özündə inkubasiya olunub.
Gün ərzində bura istehsalçılar tərəfindən 3-4 ton yaş barama gətirilir. Barama tədarükü prosesi “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir. İstehsalçılar ipəkqurdunun yemlənməsi işinə məsuliyyətlə yanaşıblar. Bunun nəticəsidir ki, kümçülərdən tədarük edilən yaş baramanın keyfiyyəti tələb olunan səviyyədədir.