Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidenti tərəfindən verilən qərarlar, operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının təminatıdır.

04 iyun 2020 | 16:00

Dünyanı bürüyən və  bəşəriyyət üçün əsl faciəyə çevrilən koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılmış, həmişə olduğu kimi, indiki çətin günlərdə də ölkə  Prezidenti tərəfindən  uzaqgörənliklə, dəqiq və düzgün verilən qərarlar,  operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malik olmuşdur.
Pandemiyanın ilk günlərindən dövlətin qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində ölkəmizdə vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuş,  həm səhiyyə, həm sosial, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində atılan addımlar vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaratmış, rəhbərinə inamı daha da artırmışdır.  Ümumi vəziyyət nəzarət altına alındıqdan sonra isə karantin rejimindən mərhələli şəkildə çıxmaq planı reallaşdırılmış  və  vətəndaşarın normal həyat tərzinə keçməsi üçün indiyə qədər tətbiq olunan bir sıra qadağalar aradan qaldırılmışdır.  Lakin çox təəssüf ki, insanların çoxunun TƏBİB-in açıqladığı metodiki göstərişlərə və  karantin rejiminə əməl etməməsi yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yaratmış və  məhz  bu səbəbdən  də hökumət öz növbəsində vətəndaşların sağlamlığının qorunması məqsədilə karantin rejiminin yenidən sərtləşdirilməsi təklifi ilə çıxış etmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsinin COVİD-19-a daha çox yayılmanın qeydə alındığı Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində, Abşeron rayonunda həftə sonları küçəyə çıxmanın məhdudlaşdırılması təklifi  vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Tətbiq ediləcəyi gözlənilən yeni qaydalar vətəndaşlar üçün heç bir problem yarada bilməz.  Əvvala qeyd edək ki, cəmi iki gün müddətində evdə qalmaqla heç bir narahatçılıq yarana biməz. Ölkədə də şükür ki, kifayət qədər ərzaq ehtiyatı mövcuddur və insanlar bu müddət üçün rahat şəkildə ərzaq tədarükü görmək imkanına malikdirlər. Həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir. Digər tərəfdən də insanlar ölkədə tətbiq edilən karantin qaydalarına riayət etməyə borcludurlar. Çünki dövlət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və bu gün də yerinə yetirməkdədir. Bundan sonrakı mərhələdə əsas həlledici amil vətəndaş məsuliyyətidir.  Ölkə Prezidenti cənab  İlham Əliyevin Tərtər  rayonunda  Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, TƏBİB-in metodiki göstərişlərini maksimum əməl etməyə çalışmalı, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Yalnız həftə sonları deyil digər günlərdə də qaydalara əməl etməli, öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutaraq ən zəruri tədbirləri həyata keçirən dövlətimizdə  aparılan islahatlara və təşəbbüslərə, dövlət başçısının çağırış və tövsiyələrinə  lazımi dəstəyi verərək həmrəylik nümayiş etdirməlidir.

Keçidlər