Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Zaqatalada 11 min hektardan çox taxıl sahəsinin məhsulu biçiləcək

30 may 2020 | 16:00

Cari mövsümdə Zaqatala rayonunda 11 min 320 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 7 min 812 hektarını buğda, 3 min 508 hektarını isə arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki illə müqayisədə 320 hektar artıb. Hazırda təsərrüfatlarda taxıl biçininə son hazırlıq işləri görülür. Taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunur, kombayn və digər texnikalar saz vəziyyətə gətirilir.

Rayon üzrə biçin kampaniyasına 26 ədəd taxılbiçən kombayn, həmçinin 38 ədəd küləş presləyən aqreqat, 365 şum traktoru, 126 traktor qoşqusu və digər texnikalar cəlb ediləcək. Biçin dövründə ehtiyac yaranarsa, digər rayonlardan əlavə olaraq 10-12 kombayn da gətiriləcək. Təsərrüfatlarda taxıl biçininə iyunun ortalarında başlanılması nəzərdə tutulur.

Sektor müdiri bildirib ki, cari ilin məhsulu üçün əkilmiş payızlıq taxıl sahələrinə ötən müddətdə tələb olunan səviyyədə aqrotexniki qulluq olunub, 4200 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə aparılıb. Bundan əlavə, 5250 hektar sahədə alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirilib.

Keçidlər