Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala şəhərində koronavirus əleyhinə təkrar dezinfeksiya işləri aparılıb

31 may 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Zaqatala şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq zəruri tədbirlər görülür.

Mayın 31-də Zaqatala şəhərində növbəti kütləvi dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərin prospekt və küçələri, yeraltı keçid, yaşayış məhəllələrinin əraziləri, çoxmənzilli binaların giriş blokları və pilləkənlər suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla yuyulub, park və meydanlarda, satış mərkəzlərində, bankomatların yerləşdiyi ərazilərdə təmizlik və dezinfeksiya işləri aparılıb.

 

Keçidlər