Zaqatalada “Qan verməklə başqasına həyat verirsən” devizi altında qanvermə aksiyası keçirilmişdir
26 iyun 2013 | 15:00
İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Zaqatala şəhərində könüllü qanvermə aksiyası keçirilmişdir.
“Qan verməklə başqasına həyat verirsən” devizi altında keçirilən aksiyada B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının Şəki regional bölməsinin həkim və tibb işçilərinin yaxından köməyi ilə onlarla könüllü qan vermişdir.
Toplanan qan laborator müayinəsindən keçirildikdən sonra talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən uşaq və gənclərin müalicəsində istifadə ediləcəkdir.