Zaqatala rayonunda həssas kateqoriyadan olan ailələrin sosia durumu daim diqqət mərkəzində saxlanılır
Bu günədək Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar karantin müddətində Rayonda 4000-dən çox aztəminatlı ailələrə, xəstə və ahıl insanlara ərzaq yardımları olunmuşdur. Belə ki, RİH-nin başçısı tərəfindən 600-dən çox, “Əlillərə və Aztəminatlı ailələrə ictimai dəstək”fondu tərəfindən 500, “Bravo”supermarketi tərəfindən 322, 111 saylı Balakən-Zaqatala dairəsindən Millət vəkili seçilmiş Kamilə Əliyeva tərəfindən 60, 110 saylı Zaqatala dairəsi üzrə Millət vəkili seçilmiş Elşən Musayev tərəfindən 70, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 80, AHİK tərəfindən 50, rayonda fəaliyyət göstərən Rayon hüquq mühafizə orqanları tərəfindən, sahibkarlar, iş adamları, eləcə də ayrı-ayrı müəssisə təşkilatlar tərəfindən ərzaq yardımları ehtiyacı olan insanlara kollegial şəkildə çatdırılmış, heç bir neqativ hal müəyyən olunmamışdır. Rayonda Regional İnkişaf İctimai Birliyi tərəfindən “Biz birlikdə güclüyük” aksiyasına onlayn müraciət etmiş 1271 vətəndaşa ərzaq yardımları çatdırılmış, eləcə də Heydər Əliyev Fondu tərəfindən 611 sağlamlıq imkanları məhdud uşaqlara, “Bravo”supermarketi tərəfindən 339 ailə başçısını itirmiş ailələrə yardımlar rayona göndərilmişdir.
Müqəddəs Ramazan ayı ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti rəhbəri tərəfindən 15 may 2020-ci il tarixdə 150 aztəminatlı ailələrə, xəstə və ahıl insanlara ərzaq yardımları olunmuşdur.