Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada qələbə günü münasibəti ilə veteranlarla görüş keçirilib

09 may 2020 | 16:00

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı 600 mindən çox oğul və qızını cəbhəyə yola salıb, onların təxminən yarısı döyüşlərdə həlak olub. Faşizm üzərində tarixi Qələbənin əldə edilməsində Zaqatalanın qəhrəman oğul və qızları da böyük rəşadət göstərib, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçiblər. Ön cəbhələrə yola salınan 6 mindən çox zaqatalalı döyüşçünün yarıdan çoxu müharibədən geri qayıtmayıb.
Hazırda Zaqatala rayonunda yalnız bir nəfər İkinci Dünya müharibəsi iştirakçısı yaşayır. 96 yaşlı Vanuş Qurban oğlu Məmmədov. İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin 75-ci ildönümü münasibətilə Zaqatala Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi mayın 9-da Vanuş Məmmədovu evində ziyarət ediblər. Veteran döyüşçüyə “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

Keçidlər