Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada dövlət qulluğunda fərqlənənlər mükafatlandırılmışlar

24 iyun 2013 | 15:00

Dövlət qulluğunda çalışanlar dövlətin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsində yaxından iştirak edir, dövlət quruculuğu prosesinə öz sanballı töhfələrini verirlər. Bu fikir 23 iyun - dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda səsləndirilmişdir. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, dahi rəhbərə sevgi və ehtiramlarını bildirmişlər.
Yığıncaqda demokratik və hüquqi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri bir daha xatırlanmış, həyatımızın bütün sahələrində olduğu kimi, dövlət qulluqçularının işinin təşkili prosesinin də Ulu Öndərin adı ilə sıx bağlı olduğu diqqətə çatdırılmışdır.
Tədbirdə dövlət idarəçiliyi sahəsində respublikamızda görülən işlərdən bəhs edilmiş, Prezident İlham Əliyevin dövlət idarəçiliyi üçün peşəkar kadrların hazırlanması və formalaşdırılması işinə, kadrların düzgün yerləşdirilməsinə, dövlət qulluğunda çalışanların yüksək keyfiyyətə malik olmasına daim mühüm əhəmiyyət verdiyi xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, onlara verilən imtiyazlar Azərbaycan Prezidentinin bu kateqoriyadan olan vətəndaşlara diqqət və qayğısının bariz nümunəsidir. Tədbirin sonunda dövlət orqanlarında uzun müddət səmərəli fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusuna fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər