Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci rübdə Zaqatalada aqrar sahədə məhsul istehsalı 5,4 faiz artıb

06 may 2020 | 16:00

Cari ilin birinci rübündə Zaqatala rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 68 milyon 354 min manat olub. İlin ilk üç ayında rayonda 29 milyon 400 min manatlıq sənaye, 15 milyon 113 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, bütün maliyyə mənbələri hesabına 4 milyon 481 min manat həcmində tikinti, abadlıq və quruculuq işləri görülüb.

Birinci rübdə aqrar sahədə məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz, tikintidə 3 faiz, rabitədə 5 faiz, nəqliyyatda 4 faiz artıb. Rayonda 265-i daimi olmaqla, 285 yeni iş yeri açılıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan “İşsizin DOSTu” proqramı çərçivəsində “DOST İş Mərkəzi” MMC tərəfindən Zaqatala rayonunda 409 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub və onların hər biri ilə əmək müqaviləsinin bağlanılması təmin edilib. Eyni zamanda, “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edən 67 nəfər özünüməşğulluq proqramına cəlb olunub.

Keçidlər