Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada bir qrup əlilliyi olan şəxsə kiçik bizneslərini qurmaq üçün aktivlər verilib

04 may 2020 | 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulması işləri davam edir.

Layihə əsasında Zaqatala rayonunda həmin kateqoriyadan olan bir qrup əlilliyi olan şəxsə arıçılıq üzrə kiçik bizneslərini yaratmaları üçün aktivlər (arı ailələri, zəruri ləvazimatlar) təqdim edilib.

Keçidlər