Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda karantin qaydalarına riayət edilməsi ciddi nəzarətdə saxlanılır.

02 may 2020 | 16:00

02 may 2020-ci il tarixində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının sədirliyi ilə RİHB-nın aparatının işçilərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə karantin qaydalarına riayət edilərək  müşavirə keçirilmişdir.
Müşavirədə karantin rejiminin yumuşaldılması  ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı rayonda mövcud sanitar-epidemioloji vəziyyət, koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin  sosial müdafiəsi, yardımların paylanması, icazə arayışlarının verilməsi və haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə təşkili  məsələləri işıqlandırılmışdır.
Bundan başqa müşavirədə korrupsiyaya və rüşvətxorluğa  qarşı mubarizə tədbirləri ciddi müzakirə edilmiş, digər rayonlarda baş vermiş xoşagəlməz hallarla bağlı  ölkə başçısının tapşırıqları toplantı iştirakçılarının diqətinə çatdırılmış, dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, habelə açıq hökümətin təşviqi ilə bağlı tapşırıqlar  verilmişdir.

Keçidlər