Zaqatalada koronavirus əleyhinə tədbirlər davam etdirilir
29 aprel 2020 | 16:00
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Aprelin 28-də Zaqatala şəhərinin prospekt və küçələrində növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. Əlaqədar qurumların texnika və mütəxəssislərinin iştirakı ilə şəhərin küçələri suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla yuyulub, səkilər dezinfeksiya edilib.