Şriftin ölçüsü :

Saytın rəngi :

Həmkarlar İttifaqları Konfederasiyası şimal-qərb bölgəsində aztəminatlı ailələrə ərzaq yardımı edib

30 aprel 2020 | 16:00

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarı ilə aztəminatlı ailələr üçün ərzaq sovqatının paylanılması kampaniyasına start verilib.

Aksiya çərçivəsində  Zaqatala  rayonunda 50  ərzaq bağlaması aprelin 29-da AHİK-in nümayəndələri tərəfindən ünvanlara çatdırılıb.  Yardımlar AHİK-in yerli qurumlarının fəallarının iştirakı ilə qəbul edilib və aprelin 29-30-da aztəminatlı ailələrə paylanılıb.

Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər