Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart Beynəlxalq Qadınlar günü qeyd edildi

08 mart 2025 | 17:02
Zaqatala rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Sən güləndə dünya gülür, əziz qadın” mövzusunda tədbir keçirilib.
Tədbirdə ilk öncə “Azərbaycan qadını haqqında” film nümayiş olunub. Sonra mövzu ətrafında çıxışlar dinlənilib. Bildirilib ki, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak ediblər. Dövlət müstəqilliyimizin bərpasından sonra da Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Bu gün dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Tədbir konsert proqramı ilə davam edib.
Keçidlər