Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala sakini: Cənab Prezident, hər zaman çətin məqamlarda vətəndaşların yanında olduğunuzu bir daha sübut etdiniz

22 aprel 2020 | 16:00

Zaqatala rayonunun sakini Famil Rəhimov Prezident İlham Əliyevə minnətdarlıq məktubunda dövlətimizin başçısının hər bir yaxşı və çətin gündə xalqımızın, o cümlədən gənclərimizin yanında olduğunu qeyd edir.  F.Rəhimov məktubunda yazır: “Əziz və hörmətli Prezidentimiz, hər bir yaxşı və çətin gündə Siz xalqımızın, gənclərimizin yanında olmusunuz və hər zaman Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini düşünürsünüz. Sizin xalqımıza etdiyiniz müraciətlər bizdə yüksək əhvali-ruhiyyə yaradır. Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz “Biz birlikdə güclüyük!” çağırışını biz Zaqatala rayonunun gəncləri yekdilliklə dəstəkləyirik. Tərəfinizdən koronavirus pandemiyası ilə bağlı görülən bütün tədbirlərə, vətəndaşların sağlamlığına və sosial rifahına göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Hər zaman çətin məqamlarda ölkə vətəndaşlarının yanında olduğunuzu bir daha sübut etdiniz. Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. Bu gün biz inamla və fəxrlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin qurduğu, cənab Prezidentimizin inkişaf etdirdiyi qüdrətli və müstəqil Azərbaycanın vətəndaşıyıq. Zaqatala rayon gəncləri adından xalqımızın, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və ailənizə cansağlığı və uzun ömür arzulayıram”.

Keçidlər