Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala sakinləri qanvermə aksiyasına qoşulublar

24 aprel 2020 | 16:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasına Zaqatala sakinləri də qoşulublar.

Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aprelin 24-də rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib. Aksiyada icra hakimiyyəti başçısının aparatı, həmçinin rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işdə olan və sağlamlığı imkan verən əməkdaşları könüllü olaraq iştirak ediblər.

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının həkim-hematoloqları tərəfindən həyata keçirilən xeyirxah aksiya zamanı 50 könüllü qan verib.

Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Keçidlər