Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı musiqiçilər eyvandan canlı konsert veriblər

10 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Zaqatala Uşaq İncəsənət Məktəbinin müəllimləri sosial izolyasiya şəraitində olan sakinlərə eyvandan canlı konsert veriblər. Tanınmış qarmon ifaçısı Sahib Abdurahmanovun, gənc musiqiçilər Şahov Abdurahmanov, Əfqan Hudulov, Vüsal İbrahimov və Müqəddəs Yekəyevin iştirak etdiyi konsertin təşkilində məqsəd karantin dövründə evdə qalan sakinlərdə ruh yüksəkliyi yaratmaq, onlara mənəvi dəstək olmaqdır.

“#Evdəqal”, “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihələri çərçivəsində aprelin 10-da axşam saatlarında Zaqatala şəhərinin Sülh küçəsində yerləşən çoxmənzilli yaşayış binalarından birinin eyvanında təşkil edilən konsert zamanı musiqiçilər ətrafdakı binaların sakinlərinə milli oyun havalarımızı, bəstəkar və xalq mahnılarımızı canlı ifalarla təqdim ediblər.

Konsert proqramı sakinlər tərəfindən böyük maraqla qarşılanıb.

 

Keçidlər