Koronavirus pandemiyası ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır
02 aprel 2020 | 16:00
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq icra başçısının müavinləri və Zaqatala Rayon İcra hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın üzvlərinin iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Söhbət zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tapşırılmış, karantin rejiminə əməl etməyə, ehtiyac olmadığı təqdirdə evdən çıxmamaları tövsiyə olunmuşdur.