Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada 15 iyun-Milli Qurtuluş günü qeyd olundu

16 iyun 2013 | 15:00

15 iyun 2013-cü il tarixdə Zaqatala rayonunda 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Heydər parkına gələrək ulu öndərin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, dahi rəhbərə sonsuz sevgi və ehtiramlarını bildirmişlər.
Sonra Heydər Əliyev mərkəzində  15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluşdan doğan müstəqilllik” adlı elmi-praktik konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanmış, sonra rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin geniş məruzəsi dinlənilmişdir. Məruzəçi 1993-cü ilin iyun hadisələri ərəfəsindəki hərc-mərcliyi, yaranmış ağır vəziyyəti  xatırladaraq, yalnız ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində sabitliyin bərqərar olunmasından söz açmışdır. Natiq dünya şöhrətli siyasi xadimin vətən və xalq qarşısındakı xidmətlərindən, zəngin dövlət idarəçiliyi təcrübəsindən danışmış, ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında, Azərbaycanın parçalanma təhlükəsindən xilas edilməsində, iqtisadiyyatımızın, elm və təhsilimizin inkişafında, respublikamızın dünya birliyinə inteqrasiyasında müstəsna rolunu nəzərə çatdırmış, həmçinin ulu öndərimizin respublikamızın bu günü və gələcəyi naminə müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulamışdır. Natiq ümummilli liderimizin siyasi xəttinin bu gün də dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən əzmlə və uğurla davam etdirildiyini və xalqımızı parlaq, firavan gələcək gözlədiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.
Konfransda çıxış edən digər natiqlər ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik ideyalarını irəli sürərək sürətlə həyata keçirdiyini, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi keyfiyyətlərdən məharətlə bəhrələnərək xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olduğunu qeyd etmişlər.
Konfransda “1992-93-сü illər Milli Məclis” və “Azərbaycan tarixinin şərəfli səhifəsi” video filmləri nümayişi etdirilmişdir.
Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin Başçısı Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş gənclərə vəsiqələr təqdim etmişdir.
Elə həmin gün axşam Heydər parkında respublikanın və rayonun incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti təşkil edilmişdir.

Keçidlər