Zaqatalada Beynəlxalq Uşaqların Müdafiəsi günü qeyd olundu
01 iyun 2013-cü ii tarixdə Zaqatala şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Beynəlxalq Uşaqların Müdafiəsi gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə, hüquq- mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və uşaqlar iştirak etmişlər.
Tədbirdə çıxış edən Zaqatala Rayon Icra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə ulu öndərimiz Heydər Əliyevin daim uşaqlara böyük diqqət və qayğı ilə yanaşdığını, hal-hazırda bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. Daha sonra natiq uşaqlara olan dövlət qayğısından, uşaqların gələcəyinin daha gözəl və firavan olması üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərdən, uşaq hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlərdən danışmış, bayram münasibəti ilə uşaqları təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir.
Rayonda keçirilən tədbir Zaqatala İncəsənət məktəbinin, Uşaq Yaradıcılıq mərkəzinin şagirdlərinin və rayon uşaq bağçalarının balaca fidanlarının geniş bayram konserti ilə sona çatmışdır.