Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Zaqatalada zəlzələdən zərər çəkmiş sakinlər üçün daha 33 fərdi ev tikilib

28 fevral 2020 | 16:00

Ötən il Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonun Əliabad qəsəbəsində, Zəyəm, Aşağı Tala, Çobankol, Yuxarı Çardaxlar, Danaçı, Göyəm, Faldarlı və digər kəndlərdə 2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş daha 33 fərdi ev yenidən tikilərək sakinlərin istifadəsinə verilib. Bundan əlavə, şəhər 11 və 13 saylı, Fındıqlı kənd uşaq bağçalarında, Muxax kənd mədəniyyət və Dağlı kənd folklor evlərində təmir işləri aparılıb.

Eyni zamanda, ötən il rayonda ümumi sahəsi 12 min 445 kvadratmetr olan 101 fərdi yaşayış evi tikilib istifadəyə verilib. Sahibkarlar tərəfindən 12,5 milyon manat dəyərində yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, çoxmərtəbəli yaşayış binalarının tikintisi aparılıb.

Keçidlər