Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət
27 may 2013-cü il tarixdə Zaqatala şəhər Heydər Əliyev Mərkəzində “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransda Rayon lcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Konfrans iştirakçıları ilk öncə Heydər Əliyev adına mədəniyyət və istirahət parkına gələrək ümummilli liderin abidə kompleksini ziyarət etmiş, abidənin önünə tər güllər qoymuş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər.
Sonra Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət” mövzusunda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə bir daha nəzər salmış, müstəqil Azərbaycan Respublikasının məhz bu Cümhuriyyətin varisi olduğunu xüsusi vurğulamış, şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının məntiqi nəticəsi olduğunu bildirmiş, cəmi 23 ay yaşamış bu Cümhuriyyətin xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdiyini, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırmışdır.
Natiq XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycan dövlətçiliyi bilavasitə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanıldığını və bu gün ulu öndərimizin layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xüsusi qeyd etmişdir.
Daha sonra Respublika Gününə həsr olunmuş film nümayiş olunmuş, məktəblilərin ifasında kompazisiya dinlənilmişdir.
Elə həmin günün axşamı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş konsert proqramı təşkil edilmişdir.