Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala məktəbliləri ulu öndər Heydər Əliyevin irsini öyrənirlər

10 dekabr 2019 | 16:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının on altıncı ildönümü ilə əlaqədar Zaqatala məktəblilərinin rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunur. Əsas məqsəd Ulu Öndərin zəngin irsinin daha dərindən öyrənilməsinə və təbliğ edilməsinə nail olmaqdır.

Mərkəzin direktoru Famil Rəhimov  bildirib ki, məktəblilər əvvəlcə ekspozisiya zalında dahi rəhbərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinə həsr olunan sərgi və guşələrlə yaxından tanış olurlar. Sonra Mərkəzdə məktəblilər üçün açıq tarix dərsləri təşkil edilir. Dərs prosesində şagirdlərə Ulu Öndərin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki tarixi xidmətləri barədə ətraflı məlumat verilir.

Ekskursiya zamanı məktəblilər, həmçinin Mərkəzin kinozalında Heydər Əliyevə həsr olunan sənədli filmə baxır, burada fəaliyyət göstərən elektron kitabxana, bədii qiraət, rəqs, toxuculuq, xarici dil və digər dərnəklərin işi ilə yaxından tanış olurlar.

Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları dekabrın 16-dək davam edəcək

Keçidlər