Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

08 may 2013 | 15:00

Zaqatala rayonunda Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
06-07 may 2013-cü il tarixdə Zaqatala rayonunda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90  illik yubileyi  ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Tədbirlərdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı fəalları və rayonun ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirlərin birinci günündə rayonu Zilban kəndində yeni tikilmiş tibb məntəqəsini, Mazıx kənd bələdiyyəsinin yeni tikilmiş inzibati binasının və Kəpənəkçi kənd bələdiyyəsi və ərazi nümayəndəliyinin inzibati binasının əsaslı təmirdən sonra açılış mərasimləri keçirilmişdir. Rayon rəhbəri və tədbir iştirakçıları açılışı olmuş obyektlərə baxış keçirmiş, burada yaradılan şəraitlə yaxından tanış olmuş və kollektivə işlərində uğurlar arzulamışlar.
Həmin gün tədbir iştirakçıları Zaqatala şəhər 01 saylı tam orta məktəbində Ulu öndəin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecədə iştirak etmişlər.  
07 may tarixdə isə tədbir iştirakçıları Heydər parkında ulu öndərin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, Azərbaycanın dahi oğluna öz ehtiramlarını bildirmişlər.
Sonra Heydər parkında gül bayramı keçirilmişdir. Ayrı-ayrı müəssisə və təşkilatların, ümumtəhsil məktəbləri və uşaq bağçaları kollektivlərinin, uşaq yaradıcılıq mərkəzi üzvlərinin rəngbərəng güllərdən, yarpaqlardan, bəzək bitkilərindən hazırladıqları və Ulu Öndərə həsr etdikləri bir-birindən maraqlı kompozisiyalar, portretlər, tablolar, əl işləri bayram iştirakçılarının böyük marağına səbəb olmuşdur. Ümummilli Liderə sevgi və məhəbbət, dövlət rəmzlərimizə hörmət, sülhə çağırış, nurlu günəş, aydın səma güldən hazırlanmış kompozisiyaların əsas mövzusunu təşkil edirdi.
  Daha sonra Heydər Əliyev mərkəzində “Azərbaycan dünyaya günəş kimi doğacaq” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanmış, daha sonsa ulu öndərə həsr olunmuş film nümayiş etdirilmişdir. Elmi-praktiki konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin geniş məruzəsi dinlənilmişdir.
Məruzədə rayon rəhbəri xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başladığını, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünə inam və siyasi uzaqgörənlik kimi iradi keyfiyyətlərdən məharətlə bəhrələnərək xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olduğunu qeyd etmişdir. Daha sonra natiq ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış möhkəm təməl üzərində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın ən önəmli dövlətlərindən biri kimi tanındığını xüsusi vurğulamışdır.
Konfransda çıxış edən natiqlər həyata müstəqil Azərbaycan dövlətini yaratmaq missiyası ilə gələn ulu öndərimiz bütün həyatını Azərbaycana bəxş etdiyini, xalqımızın xöşbəxt gələcəyi naminə ömrünü xalqına bağışladığını, dövlətçiliyimizin, ölkəmizin iqtisadiyyatının, sosial-mədəni həyatının inkişafında, milli adət-ənənələrinin qorunub saxlanılmasında sonsuz fədakarlıq göstərdiyini qeyd etmişlər. Heydər Əliyev siyasi irsinin zəngin bir xəzinə olduğunu bildirən natiqlər bu xəzinədən xalqımızın məvəvi cəhətdən daim bəhrələnəcəyini və ondan Azərbaycan dövlətinin siyasətində həmişə istifadə olunacağını xüsusi vurğulamışlar.
Tədbir “Əliyevlər ailəsinin Azərbaycanın inkişafında rolu” və “Ulu öndərin son çıxışı” video filmlərinin nümayişi ilə yekunlaşmışdır.

Keçidlər