Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı uşaqlar bayramlarını böyük sevinc hissi ilə qeyd ediblər

21 noyabr 2019 | 16:00

Uşaq hüquqlarının qorunması və təbliği cəmiyyətdə əsas yer tutur. Bu gün ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox böyük işlər görülür. Uşaqlara dövlət qayğısı artırılır, valideyn himayəsindən məhrum olan, yetkinlik yaşına çatmayan, səhhətində problemlər olan, eləcə də məcburi köçkün ailələrindən olan uşaqlara dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir.

 Bu fikirlər 20 noyabr - Ümumdünya Uşaq Günü münasibətilə Zaqatala şəhərində keçirilən “Dünyamız ağ göyərçin” adlı bayram tədbirində səsləndirilib.

Rayonun Mədəniyyət Mərkəzində keçirilən tədbirdə uşaq bağçalarının kollektivləri hazırladıqları maraqlı və rəngarəng konsert proqramı ilə tamaşaçılara xoş ovqat bəxş ediblər.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova çıxış edərək uşaqları əlamətdar bayram münasibətilə təbrik edib, onlara sevinc dolu günlər arzulayıb. Bildirilib ki, uşaqlar həyatın davamı, xoşbəxt gələcəyimiz, varlığımızın əbədi sevincidirlər. Uşaqlar hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvətidirlər.

Keçidlər