Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar

13 noyabr 2019 | 16:00

Dövlətimizin başçısının təşəbbüsü və tövsiyəsi ilə ənənəvi olaraq hər il təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına “Qızılgüllər diyarı” kimi tanınan Zaqatala rayonunun məktəbliləri də böyük həvəslə qoşulublar.

Aksiya çərçivəsində noyabrın 13-də respublikamızın cənub bölgəsinə ekskursiyaya yollanan Zaqatala məktəbliləri ilə bir gün öncə Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə altıncı ildir uğurla davam edən tur-aksiyaların yeniyetmə və gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, onların dünyagörüşünün daha da zənginləşməsinə böyük töhfə verdiyini bildirib. Vurğulanıb ki, ölkəmizin tarixini, mədəniyyətini, müstəqillik illərində qazanılan nailiyyətləri dərindən öyrənmək məqsədi daşıyan bu layihə Prezident İlham Əliyevin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə edilməsinə verdiyi böyük önəmin bariz nümunəsidir. İcra hakimiyyətinin başçısı ekskursiyanın məktəblilər üçün çox faydalı olacağına, tur-aksiya iştirakçılarının ölkəmizin cənub bölgəsindən zəngin təəssüratlarla qayıdacaqlarına əminliyini bildirib.

Noyabrın 13-də səhər saatlarında Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında böyük qələbəlik var idi. Ölkənin cənub bölgəsinə ekskursiyaya çıxan məktəbliləri yola salmaq üçün Mərkəzin qarşısına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər şagirdlərə tövsiyələrini verirdilər.

Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbərliyinin, müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Lənkəran-Masallı-Astara marşrutu üzrə yola düşüblər.

Keçidlər