Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbir keçirilib

31 oktyabr 2019 | 16:00

Uşaqlar sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ölkəmizdə uşaqlara dövlət tərəfindən daim diqqət və qayğı göstərilir, onların sağlamlığı, təlim-tərbiyəsi, təhsili sahəsində ardıcıl iş aparılır.

Bu sözlər “Uşaq hüquqları aylığı” çərçivəsində oktyabrın 31-də Zaqatala şəhərindəki 13 nömrəli körpələr evi-uşaq bağçasında keçirilən “Qızıl payız” adlı əyləncəli tədbirdə səsləndirilib.

Valideynlərin, uşaq və müəllimlərin iştirak etdiyi tədbirdə ölkəmizdə uşaq hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərdən ətraflı bəhs edilib.

Tədbirdə rayonda fəaliyyət göstərən uşaq bağçalarının kollektivləri müxtəlif səhnəciklər, musiqi kompozisiyaları nümayiş etdirib, uşaqlar öz rəssamlıq bacarıqlarını göstərib, rəqslər ifa edib, doyunca əyləniblər.

Keçidlər