03 oktyabr 2019-ci il tarixində Zaqatala Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülərlə görüş keçirilib.
03 oktyabr 2019-ci il tarixində Zaqatala Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülərlə görüş keçirilib. Görüşü RİH-nin başçısının müavini Vəfa Süleymanova açıq elan edərək, gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib. V.Süleymanova bildirdi ki, son illərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini, respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarının ölkə başçısı cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümünəsi olduğunu bildirdi. Sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat verdilər. Daha sonda Xəzər Rayon İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə sertifikatlar təqdim olundu.