Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı qadınlar şurasının konfransı keçirilmişdir

16 aprel 2013 | 15:00

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı qadınlar
şurasının konfransı keçirilmişdir

Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatı qadınlar şurasının növbəti hesabat-seçki konfransı keçirilmişdir.
Tədbiri YAP rayon təşkilatının sədri Habil Qurbanov açaraq qadınların rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyi, əldə etdikləri nailiyyətlər barədə danışmış, onların cəmiyyətin fəal üzvlərinə çevrildiyini bildirmişdir. Konfransda YAP rayon təşkilatı qadınlar şurasının sədri Vəfa Süleymanovanın qurumun əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyətinə dair hesabat məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, bu gün Azərbaycan qadını milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq ölkənin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verir. Zaqatala qadınları da bu proseslərdən kənarda qalmır, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər. Bildirilmişdir ki, YAP rayon təşkilatının 7050 nəfər üzvündən 3910 nəfəri qadındır. Qurumun 69 yerli təşkilatından 19-a qadınlar rəhbərlik edirlər. Təşkilatın qadınlar şurasının təşkilatçılığı ilə yerlərdə ardıcıl olaraq “İctimai-siyasi proseslərdə qadınların fəallığının artırılması” mövzusunda maarifləndirici tədbirlər, görüşlər keçirilir.
Çıxış edənlər cəmiyyətin idarə olunmasında, gənc nəslin tarixi ənənələr və müqəddəs amallar ruhunda tərbiyə olunmasında qadınların rolunu yüksək qiymətləndirmiş, ölkəmizdə qadınlara dövlət tərəfindən daim böyük diqqət və qayğı göstərildiyini bildirmişlər. Konfransda təşkilati məsələlərə də baxılmış, Vəfa Süleymanova yenidən şuranın sədri seçilmişdir. Konfransda, həmçinin şuranın yeni tərkibi və YAP Qadınlar Şurasının konfransına nümayəndələr seçilmişdir. Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər