Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin növbəti səyyar qəbulu Çobankolı kəndində keçirmişdir.

16 avqust 2019 | 16:00

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin növbəti səyyar qəbulu Çobankolı kəndində keçirmişdir.

16.08.2019-cu il tarixdə Çobankol kənd tam orta məktəbində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Əzari Təşkilat Məsələləri şöbəsinin sektor müdiri Rüfət Əliyev kənd sakinləri ilə görüşmüşlər. Rayonun xidməti təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşə 90 nəfər kənd sakini qatılmışdır. Görüşdə iştirak edən kənd sakinləri özlərini maraqlandıran məsələlər, problem və sosial qayğıları barədə rayon rəhbəri və Prezidentinin Administrasiyasının əməkdaşını məlumatlandırmış, problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqların verilməsini xahiş etmişlər. Kənd sakinləri tərəfində qaldırılan məsələlər əsasən sosial xarakterli, mədəniyyət və təhsil sahələrini əhatə etmişdir. Görüşdə ümumilikdə 7 təklif səsləndirilmişdir.

Rayon rəhbəri Mübariz Əhmədzadə və  Prezidentinin Administrasiyasının sektor müdiri Rüfət Əliyev onlara ünvanlanan təklif və sualları cavablandırmış, aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlarını vermişlər.

Keçidlər