Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada “Şərəfim, şöhrətim, qürurum - dilim” adlı tədbir keçirilib

01 avqust 2019 | 16:00

Zaqatala rayon İcra Hakimiyyəti, Nizami Gəncəvi adına Mərkəzi Kitabxana və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şərəfim, şöhrətim, qürurum - dilim” adlı elmi praktik konfrans keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, kitabxananın əməkdaşları, Şəhər Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzinin əməkdaşları, habelə təhsil işçiləri iştirak ediblər.

Tədbirdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ramin Həsənov çıxış edərək Azərbaycan əlifbası və Azərbaycan dili gününün yaranma tarixi haqqında məlumat verib.

Sonra Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Gülniyar Məmmədovanın “İlham Əliyevdən milli-mənəvi dəyərlərin və milli varlığın qorunub saxlanılmasına növbəti dəyərli töhfə”, kitabxananın əməkdaşları Məmləkət Ömərovanın ”Ana dilimizin tətbiqinə Heydər Əliyev qayğısı”, Yasəmən Məmmədovanın “1 avqust - Azərbaycan əlifbası günüdür”, Sevda Rəhimovanın isə “Bəxtiyar Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi” adlı məruzələri dinlənilib.

Keçidlər