Şriftin ölçüsü :

Saytın rəngi :

İlin sonunadək Zaqatalada 13 subartezian və artezian quyusu qazılacaq

29 iyul 2019 | 16:00

Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2019-cu il 12 fevral tarixli Sərəncamının icrası olaraq, bu il Zaqatala rayonunda 13 subartezian və artezian quyusunun qazılması nəzərdə tutulur. Hazırda rayonun Aşağı Tala və Çökək kəndlərində yeni subartezianların, Əliabad qəsəbəsi, Yengiyan və Lahıc kəndlərində isə artezian quyularının qazıntısı işləri davam etdirilir.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq, 2014-2018-ci illərdə təkcə Zaqatala rayonunda 67 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyuların istismara verilməsi nəticəsində Zaqatala rayonunda 650 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb.

Keçidlər