Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada “Məişət zorakılığı barəsində məlumatlandırma kampaniyası” layihəsi çərçivəsində təlimlər başlamışdır

15 aprel 2013 | 15:00

Zaqatalada “Məişət zorakılığı barəsində məlumatlandırma kampaniyası” layihəsi çərçivəsində təlimlər başlamışdır

Aprelin 16-da Zaqatala rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Avropa Komissiyası və ACİ-YF İnsan Hüquqları və İdarəçilik Proqramı (Macarıstan) tərəfindən dəstəklənən “Məişət zorakılığı barəsində məlumatlandırma kampaniyası” layihəsi çərçivəsində qadınlar üçün təlimlər başlanmışdır.
Layihə çərçivəsində ilk tədbir rayonun Yuxarı Tala kəndində keçirilmişdir. Təlimdə məişət zorakılığı, məişət zorakılığından zərər çəkmiş şəxslər, məişət zorakılığından qorunmaq yolları, məişət zorakılığının formaları, psixi və cinsi zorakılıq və digər mövzularla bağlı maarifləndirici söhbət və müzakirələr aparılmış, dinləyiciləri maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir. Növbəti təlimlərin rayonun Bəhmətli və Maqov kəndlərində keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər