Zaqatalada 1250 arıçıya subsidiya veriləcək
18 iyul 2019 | 16:00
“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” ölkə başçısının 2018-ci il 5 mart tarixli Sərəncamının icrası olaraq, bu il Zaqatala rayonunda arıçılıqla məşğul olan 1250 arıçıya saxladıqları 28 min 825 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 288 min 250 manat subsidiyanın verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötən il Zaqatala rayonu üzrə arıçılıqla məşğul olan 1190 nəfərə saxladıqları 29 min 113 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 291 min 130 manat subsidiya ödənilmişdi.