Şriftin ölçüsü :

Saytın rəngi :

Yarım ildə Zaqatalada ümumi məhsul istehsalı 24,2 faiz artıb

18 iyul 2019 | 16:00

Cari ilin birinci yarısında Zaqatala rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz və ya 28 milyon 685 min manat artaraq 149 milyon 326 min manat olub.

 6 ayda rayonda 65 milyon 814,3 min manatlıq sənaye, 41 milyon 90 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 11 milyon 852 min manatlıq tikinti işləri görülüb. Sənayedə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 70,6 faiz, kənd təsərrüfatında 1 faiz, tikintidə isə 6,3 faiz artıb.

Keçidlər