Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Aşıq Mədətin 85 illiyi qeyd olunub

17 iyul 2019 | 16:00

Zaqatala aşıq mühitinin tanınmış nümayəndəsi Aşıq Mədətin anadan olmasının 85 illiyi doğulduğu Bəhmətli kəndində qeyd olunub.

Kənd Mədəniyyət evində keçirilən “Sazımın qüdrəti, sözümün hikməti” adlı tədbirdə ziyalılar, AMEA Folklor İnstitutunun əməkdaşları, aşığın yaxınları, kitabxana və mədəniyyət işçiləri iştirak ediblər.

 Tədbiri Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülniyar Məmmədova açaraq Aşıq Mədətin həyat və yaradıcılığı barədə geniş məlumat verib.

AMEA Folklor İnstitutunun əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Zümrüd Məsimova çıxış edərək Zaqatala aşıq mühiti ilə bağlı araşdırmalarının davamı olaraq yenicə çapdan çıxan, aşıq mühitinin çağdaş nümayəndəsi Aşıq Mədət Ömərovun şeirlərinin toplandığı “Dərya kimi dolan könlüm” adlı kitabı oxuculara təqdim edib.

Tədbirdə filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli, aşıq Valeh Həsənli, aşıq Mədətin nəvəsi Gülxar Ömərova və başqaları çıxış edərək Zaqatala aşıq mühiti və Aşıq Mədətin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Sonra kitabxananın fəal oxucuları Aşıq Mədətin şeirlərini söyləyib, yerli aşıqların ifasında aşıq mahnıları səsləndirilib.

 

 

Keçidlər