Şriftin ölçüsü :

Saytın rəngi :

Energetika nazirinin müavini Elnur Soltanov Zaqatala rayonunda vətəndaşları qəbul edəcək

16 iyul 2019 | 16:00

İyulun 26-da Energetika nazirinin müavini Elnur Soltanov  Zaqatala rayonunda  Zaqatala və Balakən rayonlarının sakinləri ilə görüşəcək.Vətəndaşların qəbulu saat  14:00-da isə Zaqatala rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala şəhəri, Car küçəsi 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı mərkəzi, 598-16-55 “qaynar xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs İmdad Nəbiyev, əlaqə telefonları: (+99424) 245-21-35, (055) 755-29-80, (050) 582-65-70, elektron poçt ünvanı: office.shaki@regulator.gov.az vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq” bölməsi və nazirliyin “Facebook” səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Keçidlər