Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala yazarlarının yeni kitablarının təqdimatı olub

04 iyul 2019 | 16:00

Zaqatala rayon Mərkəzi Kitabxanasında rayonun yaradıcı insanları ilə oxucuların görüşü olub. Tədbir çərçivəsində şair Ömər Zutovun “İki qəlpə”, Güldənə Ramazanovanın “Payızın baharı”, Şükufə Göyçəlinin “Mən sevə bilməzdim sən olmasaydın” kitablarının təqdimatı keçirilib.

Görüşdə iştirak edən zaqatalalı yazarlar Aşıq Valeh Həsənli, Mustafa Camal, Gülbahar Cahangirqızı, Nüsrət Musayev və başqaları ənənəvi olaraq keçirilən belə tədbirlərin yaradıcı insanların oxuculara, rayon ictimaiyyətinə tanıdılması baxımından böyük əhəmiyyət daşıdığını bildiriblər.

Keçidlər