Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada dövlət qulluğunda fərqlənənlər mükafatlandırılıb

22 iyun 2019 | 16:00

Dövlət qulluğu mühüm əhəmiyyət daşıyan sahə, çətin və məsuliyyətli, eyni zamanda, şərəfli bir peşədir. Dövlətin nüfuzu, inkişafı dövlət qulluqçusunun, məmurun fəaliyyəti ilə bilavasitə bağlıdır.

 Bu fikir dövlət qulluqçularının peşə bayramı günü münasibətilə iyunun 22-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər.

Yığıncaqda rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov çıxış edərək ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması, demokratik cəmiyyət quruculuğu prosesində dövlət qulluğunun rolu barədə danışıb. Bildirilib ki, dövlət qulluqçularının fəaliyyəti həmişə cəmiyyətin diqqət mərkəzində olur, onların hər bir addımı, hərəkəti vətəndaşlar tərəfindən diqqətlə izlənilir. İnsanlar öz gündəlik həyatlarında rastlaşdıqları problemlərin həllində dövlət qulluqçularına böyük ümid bəsləyirlər. Dövlət qulluqçusu da, öz növbəsində, ona bəslənən ümidləri mütləq doğrultmalıdır.

Yığıncaqda çıxış edənlər ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini qeyd edib, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyasının hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıq, yeni təfəkkür və müasir yanaşma tərzi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Tədbirin sonunda dövlət orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusu mükafatlandırılıb.

 

 

Keçidlər