Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada qadınların və gənclərin məşğulluğuna və sahibkarlıq bacarıqlarının artırılmasına dəstək göstərmək məqsədilə iki yeni mərkəz açılıb

12 iyun 2019 | 16:00

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberger rayonumuza səfər etmişdir. Səfər zamanı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Zaqatala rayonunda qadınların və gənclərin məşğulluğuna və sahibkarlıq bacarıqlarının artırılmasına dəstək göstərmək məqsədi daşıyan iki yeni mərkəzi açılış mərasimində iştirak edib.
Səfirlə yanaşı Zaqatalada Qadın Resurs Mərkəzi və Gənclərin Məşğulluq və Təlim Mərkəzinin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yananda Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti iştirak ediblər.

Keçidlər