Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada arpa biçininə start verilib

05 iyun 2019 | 16:00

Cari mövsümdə Zaqatala rayonunda 10 min 990 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 7 min 630 hektarını buğda, 3 min 360 hektarını arpa sahələri təşkil edir. Rayonun Əliabad qəsəbəsi, Yengiyan və Bəhmətli kəndlərinin ərazilərindəki taxıl sahələrində artıq arpa biçininə başlanılıb. Kampaniyanın ilk günündə 60 hektar sahənin arpası biçilib, 150 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 25 sentner təşkil edir.

Hələlik sahələrdə 28 taxılbiçən kombayn işləyir. Zərurət yaranarsa, biçinə əlavə kombaynlar da cəlb olunacaq.

 

Keçidlər