27 may 2019-cu il tarixdə Zaqatala rayonunda 28 may-Respublika günü ilə əlaqədar tədbir keçirilmişdir.
27 may 2019-cu il tarixdə Zaqatala rayonunda 28 may-Respublika günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılış ulu öndərin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, Azərbaycanın dahi oğluna öz ehtiramlarını bildirmişlər.
Sonra Heydər Əliyev Mərkəzində təbbir iştirakçıları cumhuriyyətin 101 illiyinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünə həsr olunmuş konfransda iştirak etmişlər. İlk öncə 28 may-respublika gününə həsr olunmuş film nümayiş etdirilimiş, daha sonra konfransda “Şərəfli və şanlı tarix” mövzusunda rayon icra hakimiyyətinin başçısının birinci müavini Tofiq Əhmədovun məruzəsi dinlənilmişdir. Məruzəçi çıxışında Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə bir daha nəzər salmış, müstəqil Azərbaycan Respublikasının məhz bu Cümhuriyyətin varisi olduğunu xüsusi vurğulamış, şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının məntiqi nəticəsi olduğunu bildirmiş, cəmi 23 ay yaşamış bu Cümhuriyyətin xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdiyini, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırmışdır.
Natiq XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycan dövlətçiliyi bilavasitə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanıldığını və bu gün ulu öndərimizin layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xüsusi qeyd etmişdir.
Tədbirdə çıxış edən digər natiqlər, keçmişə nəzər salmış Xalq Cumhuriyyətinin yaranma tarixindən, mövcud olduqları 23 ay ərzində gördüyü içlərdən, qəbul etdiki tale əhəmiyyətli qərarlardan, yürütdüyü siyasətdən, dövlət quruculuğundan, habelə o dövrki azərbaycan cəmiyyətinin maarifləndirilməsində atdığı addımlardan danışmış, Azərbaycan Xalq Cumhuriyyətinin o cətin dövrlərdə bu cür nailiyyətlər əldə etməsini əsl qəhrəmanlıq kimi qiymətləndirmişlər.
Həmin gün axşam Heydər Parkında rayon incəsənət ustalarının iştrakı ilə geniş bayram konserti təşkil olunmuşdur.