Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənin müdafiəsinə hazıram” ...

24 may 2019 | 16:00

24 may 2019-cu il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Vətənin müdafiəsinə hazıram” mövzusunda Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər Fondu və Heydər Əliyev Mərkəzinin iştirakçılığı ilə tədbir keçirilmişdir.
Tədbirə keçid almazdan öncə Mərkəzin foyesində təşkil olunmuş rəsm sərgisinə iştirakçılar tərəfindən baxış olmuşdur. Tədbirdə vurğulanmışdır ki, şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müstəqilliyimizi bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Azərbaycan istiqlaliyyəti uğrunda mübarizə tarixində 28 may ən unudulmaz günlərdəndir. Tədbir Dövlət Himnin səsləndirilməsi ilə başlamışdır. Bundan sonra iştirakçılar Cümhuriyyət qurucularının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra RİHB-nın ictimai-siyasi, humanitar məsələr üzrə müavini Vəfa Süleymanova, Xidmət rəisinin birinci müavini cənab general-mayor Zaur Abdullayev, Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov, Zaqatala rayon Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin tarix müəllimi Vüqar israfilov çıxış edərək ölkəmizin keçdiyi azadlıq yolundan bəhs etmiş gənclərə vətənin müdafiəsi istiqamətində öz məsləhətlərini vermişdir. Daha sonra tədbir Azərbaycanın tanınmış müğənnisi Şəmistan Əlizamanlının, məktəblilərin və rayon özfəaliyyət kollektivinin hazırladığı ədəbi-bədii kompozisiyaya və konsert proqramı ilə davam etmişdir.

Keçidlər